Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
Modern.az xəbər verir ki, o, bu barədə nazir Twitter səhifəsində yazıb.
“Qarabağdakı 30 illik həsrətə son verən Zəfərin birinci ildönümündə Can Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Məmmədovla görüşdük. Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır”, - Mövlud Çavuşoğlu qeyd edib.