Modern.az

Ərdoğan Qarabağdan DANIŞDI

Ərdoğan Qarabağdan DANIŞDI

Aktual

8 Noyabr 2021, 22:40

“Başda Prezident, qardaşım İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımızı bir daha beynəlxalq ictimaiyyət qarşısında 30 ilə yaxın davam edən işğala son qoymuş qələbəsi münasibətilə təbrik edirik".

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

 

O qeyd edib ki, Qarabağa və Azərbaycan torpaqlarına ədalətsiz, qanunsuz və əxlaqsız hücumlar qarşısında susanlar bölgədə baş verən faciənin əsas məsuliyyətini daşıyırlar.

 

Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Türkiyə lideri Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq prosesini davam etdiyini xatırladıb, bölgədə yaranmış yeni vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu söyləyib.

 

"Başda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olmaqla hər platformada azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Bu yeni dövr Ermənistan üçün də çox böyük imkanlar təqdim edir. Nə qədər ki, millətimizə, dövlətimizə düşmənçilik yoxdur, bizim heç kimlə problemimiz yoxdur", - Ərdoğan bildirib.

 

Türkiyə Prezidenti qeyd edib ki, yeni qlobal sistemdə Cənubi Qafqazın strateji əhəmiyyəti artacaq: "Türkiyə olaraq bu coğrafiyanın işıqlı gələcəyi üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Cümə günü İstanbulda toplanacaq Türk Şurasında biz digər qardaş ölkələrlə gələcəyimizi geniş müzakirə edəcəyik. Demək olar ki, hər bir məsələdə üzv və müşahidəçi ölkələrlə həmfikir olduğumuzu görməkdən məmnunuq".

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?