Modern.az

Çavuşoğlu Azərbaycan səfiri ilə görüşdü

Çavuşoğlu Azərbaycan səfiri ilə görüşdü

Aktual

8 Noyabr 2021, 22:42

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

 

Görüşdə M.Çavuşoğlu Zəfər Günü münasibətilə səfirimizi təbrik edərək.

 

Həmçinin, görüş zamanı iki qardaş ölkə arasındakı aktual mövzularla bağlı fikir mübadiləsi aparılıb.

 

Səfir Rəşad Məmmədov Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə görə, nazir Çavuşoğluna təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?