Modern.az

Azərbaycanda ikinci dəfə zəlzələ oldu

Azərbaycanda ikinci dəfə zəlzələ oldu

Aktual

20 Noyabr 2021, 18:45

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

 

Modern.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

 

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

 

Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?