Modern.az

Göyçayda polis velosipedçini vurdu

Göyçayda polis velosipedçini vurdu

Aktual

21 Noyabr 2021, 09:26

Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.

 

DİN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.

 

Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

 

Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.

 

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?