Modern.az

ABŞ ordusu İraqdan çıxacaq

ABŞ ordusu İraqdan çıxacaq

Aktual

21 Noyabr 2021, 11:59

ABŞ-ın müdafiə naziri Lloyd Ostin iraqlı həmkarı Cuma İnad ilə görüşündə Amerikanın ərəb ölkəsindəki hərbi missiyasının gələn ilin sonuna kimi başa çatacağını təsdiqləyib.

 

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

 

Məlumata görə, ABŞ 2022-ci ilin iyul ayında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, o cümlədən ilin sonuna qədər İraqda Amerika qüvvələri olmayacaq. Qeyd olunur ki, tərəflər ABŞ-ın İraqdakı hərbi missiyasının gələcək mərhələsini müzakirə ediblər və bu, İŞİD terror qruplaşmasına qarşı kampaniya çərçivəsində İraq hərbçiləri ilə məsləhətləşmələr, kəşfiyyat məlumatlarının mübadiləsindən ibarət olacaq.

 

Pentaqon rəhbəri, həmçinin İraqın baş naziri Mustafa Əl-Kaziminin iqamətgahına edilən son hücum cəhdini bir daha pisləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?