Niderlandın Haaqa şəhərində noyabrın 20-i axşam saatlarında başlayan iğtişaşlar zamanı beş polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İğtişaşlar zamanı insanlar küçələrdə yanğınlar törədiblər, velosiped və mopedləri alovun içinə atıblar.
Haaqada vəziyyət Rotterdamda koronavirusla bağlı sərt məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirildikdən bir gün sonra gərginləşib və burada şiddətli iğtişaşlar və etirazçılarla polis arasında toqquşmalara çevrilib.
Ötən həftə Niderlandın Baş naziri Mark Rutte ölkədə üç həftəlik qismən karantin rejiminin tətbiq olunduğunu elan edib.