Gürcüstanda koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub.
Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 357 yeni yoluxma qeydə alınıb.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 5 772 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 812 246 nəfərə çatıb.
Onlardan 749 699 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 76 nəfərin ölməsi ilə bərabər ümumilikdə 11 498 nəfər həyatını itirib.
Hazırda ölkə üzrə karantin rejimində 49, stasionar nəzarətdə 6 605 nəfər var. 1 157 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 4 318 yoluxma halı qeydə alınmışdı.