Modern.az

ABŞ Azərbaycana mina axtaran itlər verəcək

ABŞ Azərbaycana mina axtaran itlər verəcək

Aktual

21 Noyabr 2021, 17:30

Bugünə qədər ABŞ-ın Marşal İrsi İnstitutu Azərbayacana 40 xilasedici minaaxtaran it hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

 

“İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər.

 

Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici minaaxtaran 30 it hədiyyə ediləcək”, - səfirliyin məlumatında deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?