Modern.az

"Qəbələ" qalib gəldi

Aktual

21 Noyabr 2021, 18:16

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

 

Uğurlu mövsüm keçirən və lider “Qarabağ”ın əsas izləyicisi olan “Qəbələ” “Sumqayıt”ı qəbul edub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

 

Xatırladaq ki, turun digər oyunlarında “Qarabağ” “Keşlə”yə (1:0), “Zirə” “Səbail”ə (3:1), “Sabah” isə “Neftçi”yə (2:1) qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!