Modern.az

Kadir İnanırın son durumu

Kadir İnanırın son durumu

Aktual

21 Noyabr 2021, 18:44

Tanınmış türkiyəli aktyor Kadir İnanır dünən xəstəxanaya yerləşdirilib.

 

Modern.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, Muğlanın Ortaca rayonunda dünən qəflətən səhhəti pisləşən və Pamukkale Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilən İnanırın vəziyyəti ilə bağlı açıqlama verilib.

 

“Bu, beyin-damar xəstəliyidir. Yüngül keçirə bildiyi kimi, daha ağır nəticələr də doğura bilər. Buna görə bir neçə gün yaxından müşahidə edilməlidir.

 

Lazımi tədbirlər görülüb və müalicəsinə başlanılıb”, - Pamukkale Universitetinin rektoru, professor Ahmet Kutluhan qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!