Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması “Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elan etdi
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması “Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elan edilib.
Modern.az xəbər verir ki, elanda müsabiqənin şərtləri göstərilmişdir.
Müsabiqənin nəticələrini qiymətləndirmək üçün aşağıdakı tərkibdə Münsiflər Heyəti yaradılıb: Əziz Ələkbərli (sədr), Mirfaiq Mirheydərli (sədr müavini), Azadə Novruzova (məsul katib), İbrahim Bayramov, Aslan Bayramov, Nazim Mustafa, Flora Xəlilzadə, Telli Pənahqızı, Almaz Ülvi, Lamiyə Rövşənqızı, Şöhrət Eyvazov.
Elanı oxucuların nəzərinə çatdırırıq:
“Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıların sonuncu 1948-1953-cü il və 1988-1991-ci il deportasiyalarının növbəti ildönümləri ərəfəsində “Azərbaycanlıların deportasiyası” mövzusunda fərdi jurnalist yazılarının müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi hər iki deportasiya ilə əlaqədar tarixi həqiqətləri bir daha Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq, SSRİ və Ermənistan rəhbərliklərinin deportasiyadan niyyətlərini, erməni faşizminin əli ilə bölgənin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin mahiyyətini ortaya qoymaq, deportasiya ilə bağlı yeni fakt və sübutları üzə çıxarmaq, ictimailəşdirmək, geri qayıdışın hüquqi yollarını axtarmaq, bu mövzuda jurnalist araşdırmalarını stimullaşdırmaqdır.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
Müsabiqənin vaxtı:
İştirak meyarı:
Yazıların qəbulu qaydası:
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
I yer üçün 1 nəfər (300 manat);
II yer üçün 2 nəfər (200+200 manat);
III yer üçün 3 nəfər (100+100+100 manat);
Həvəsləndirici mükafat – 5 nəfər.
Qaliblər həmçinin Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İctimai Birliyinin xüsusi diplomu ilə təltif ediləcəklər.
Müsabiqənin bütün iştirakçılarına Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Təşəkkürnaməsi təqdim olunacaqdır.
Müsabiqənin qaliblərinin məqalələri tərəfimizdən kitab şəklində nəşr ediləcəkdir”.