Modern.az

Hansı ölkələrdə sürət daha çox aşılır?

Hansı ölkələrdə sürət daha çox aşılır?

Aktual

22 Noyabr 2021, 00:55

Polşalı sürücülər avtomobillərinə olduqca çox sürətlə sürməyi sevirlər. 

 

Modern.az xəbər verir ki, müxtəlif ölkələrdə avtomobil sürücüləri arasında sorğu keçirən "YouGov" mərkəzinin mütəxəssisləri belə qənaətə gəliblər. 

 

Rəyi soruşulan polyakların 49%-i yüksək sürətlə səyahətə üstünlük verir.

 

İkinci yeri Almaniyadan olan sürücülər tutur, onların 47%-i yüksək sürət həvəskarlarıdır. Üçüncü yeri meksikalılar, hindular və Birləşmiş Ərəb Əmirliklərinin sakinləri bölüşüblər. Bu ölkələrdə respondentlərin 46%-i sürətli avtomobil sürməyi sevdiyini bəyan edib.

 

Birləşmiş Ştatlarda yüksək sürətli sürücülər bir qədər azdır - sorğuda iştirak edənlərin 45%-i. İndoneziyada avtomobil sürücülərinin 39%-i süərtlə sürməyi xoşlayır. Böyük Britaniyada 36%, İspaniya və Avstraliyada sürücülərin hər birində 31% sürətli sürməyə üstünlük verir. Fransada yol istifadəçilərinin 30%-i yüksək sürətə olan həvəslərindən danışıb. Sonuncu yerdə sürücülərin 24%-nin sürətlə sürməyə meylli olduğu Sinqapur qərarlaşıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?