Modern.az

Ərdoğan hökuməti toplayır - Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Ərdoğan hökuməti toplayır - Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Aktual

22 Noyabr 2021, 09:46

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclas zamanı Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr müzakirə olunacaq.

 

Eyni zamanda daxili siyasətdən əlavə, Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı danışıqlar olacaq.

 

İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!