Modern.az

İrəvanda etiraz aksiyaları başladı

İrəvanda etiraz aksiyaları başladı

Aktual

22 Noyabr 2021, 10:26

Bu gün səhər saatlarından başlayaraq Ermənistan paytaxtı İrəvanda bir qrup vətəndaş diqqətləri Azərbaycanla sərhəddəki vəziyyətə cəlb etmək üçün şəhərin əsas küçələrini bağlayıblar.

Modern.az xəbər verir ki, İsakov, Baqramyan, Arşakunyats, Tiqran Mets prospektləri bağlanıb.

Bu gün saat 17-də Respublika meydanında mitinq nəzərdə tutulub.

Aksiyalarla bağlı 18 nəfər polisə aparılıb. 

Aksiyaların iştirakçıları həm siyasi partiyalar, həm də fərdi şəxslərdir.

Etirazçılar arasında jurnalist Nairi Okhikyan da var. O, səsgücləndirici ilə bildirib ki, aksiya iştirakçılarının məqsədi demarkasiya və delimitasiya ilə bağlı sazişin imzalanmasının qarşısını almaq və Azərbaycanla hansı sənədlərin müzakirə olunduğunu öyrənməkdir.

Polis aksiyanın dayandırılmasını və dağılışmağı tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?