Modern.az

Bu ərazilərdə qaz KƏSİLDİ

Bu ərazilərdə qaz KƏSİLDİ

Aktual

22 Noyabr 2021, 11:00

Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun - Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

 

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...