Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bu günün rəqəmi 157-dir.
Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində sadələşdirilmiş icraat materialları üzrə prokuror tərəfindən 157 cinayət işinin başlanması təmin edilib.