Modern.az

Nazir müavinindən fəxri adlarla bağlı qalmaqallara REAKSİYA

Nazir müavinindən fəxri adlarla bağlı qalmaqallara REAKSİYA

Aktual

22 Noyabr 2021, 13:52

"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

 

O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.

 

"Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?