Modern.az

Azərbaycan və İran prezidentləri görüşə bilər

Azərbaycan və İran prezidentləri görüşə bilər

Aktual

22 Noyabr 2021, 14:10

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşə bilər.

 

Modern.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə mətbuat konfransında bildirib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu zaman ikitərəfli əlaqələr müzakirə olunub.

 

 S.Xətibzadə baş nazirin müavini Şahin Mustafayevin İrana səfərinin səmərəli keçdiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?