Modern.az

Baba Rzayev Xorvatiya səfiri ilə görüşüb

Baba Rzayev Xorvatiya səfiri ilə görüşüb

Aktual

22 Noyabr 2021, 14:16

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebicin görüşü olub.

 

Bu barədə Modern.az-a “Azərenerji”nin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Görüşdə Xorvatiya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr edilib.

 

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, elektroenergetika sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılan görüşdə, Xorvatiyanın elektrik avadanlıqları istehsal edən şirkətlərin imkanları barədə geniş müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...