Modern.az

Şabranda  55 yaşlı kişi itkin düşdü

Şabranda  55 yaşlı kişi itkin düşdü

Aktual

22 Noyabr 2021, 14:28

 

Şabran rayon sakini, 1966-cı  il təvəllüdlü Gülağa Əskərov  oktyabr   ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba  regional qrupundan Modern.az-a verilən məlumata görə, G.Əskərov 155  sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur.

 

Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə,  həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!