Modern.az

Daha 137 mina aşkarlanıb

Daha 137 mina aşkarlanıb

Aktual

22 Noyabr 2021, 16:06

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, noyabrın 15-dən 20-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 112 mina və 88 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 157 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?