Goranboy rayonunun Düzqışlaq kəndində şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa edilən xatirə-bulaq kompleksi istifadəyə verildi.
Modern.az xəbər verir ki, açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, deputat Anar Məmmədov, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.