Modern.az

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

Aktual

22 Noyabr 2021, 18:06

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb.

 

Modern.az.ın məlumatına görə, R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

 

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icratına verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!