Modern.az

Üç əsgər yoldaşını güllələyən erməni həbs edildi

Üç əsgər yoldaşını güllələyən erməni həbs edildi

Aktual

14 Dekabr 2021, 13:42

Ermənistan ordusunda növbəti həbs qalmaqalı yaşanıb. Bir neçə gün öncə baş vermiş əsgər ölümü- Senik Arzumanyanın güllələnməsi və iki əsgərin yaralanması faktı ilə bağlı cinayət işi yekunlaşıb. Belə ki, cinayət işi ilə bağlı artıq bir nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, dekabrın 10-da Ermənistandakı hərbi hissələrdən birində xidmət aparan əsgər Senik Arzumanyan həmkarı tərəfindən güllələnərək öldürülmüş, daha iki hərbçi isə ağır yaralanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı