Modern.az

Ata və oğul yaşadıqları evdə bıçaqlandılar

Ata və oğul yaşadıqları evdə bıçaqlandılar

Aktual

14 Dekabr 2021, 17:45

Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Müayinə zamanı K.Süleymanova qol nahiyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı