Modern.az

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” - İlham Əliyev

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” - İlham Əliyev

Aktual

14 Dekabr 2021, 19:09

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

 

Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə NATO-nun Baş katibinə minnətdarlığını bildirib.

 

Prezident Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.

 

Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...