Modern.az

İran Qərbi “pis niyyətli” olmaqda ittiham edir

İran Qərbi “pis niyyətli” olmaqda ittiham edir

Aktual

14 Dekabr 2021, 21:14

Avstriyanın paytaxtı Vyanada İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin canlandırılması üçün aparılan danışıqlar iflasa uğramaq ərəfəsindədir.

 

Modern.az xəbər verir ki, İranın baş müzakirəçisi Əli Baqeri Kani Qərb ölkələrini danışıqlarda “pis niyyət”də olmaqda ittiham edib.

 

O vurğulayıb ki, razılaşma yalnız ABŞ-ın uğursuzluqlarını qəbul edəcəyi və diplomatiyaya həqiqətən şans verəcəyi təqdirdə mümkün olacaq.

 

“Bəzi aktorlar əsl diplomatiya yerinə qarşı tərəfi günahlandırmaq vərdişlərində israrlıdırlar. Biz əvvəllər də fikirlərimizi bildirdik və fikir ayrılıqlarını həll etmək üçün konstruktiv şəkildə çalışdıq”, - deyə Kani qeyd edib.

 

“Reuters” agentliyinə danışan yüksək rütbəli iranlı məmur bildirib% “Müqaviləni kim pozdu? Amerikalılar. Bunu kim kompensasiya edib güzəştə getməlidir? Təbii ki, amerikalılar”.

 

İran bütün sanksiyaların dərhal ləğv edilməsini istəyir.

 

Tehran administrasiyası vurğulayır ki, hazırkı şəraitdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin Kərəcdəki nüvə obyektinə giriş tələb etməsi qəbuledilməzdir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı