Modern.az

Bu dərmanın istifadəsi qadağan olundu

Bu dərmanın istifadəsi qadağan olundu

Aktual

15 Dekabr 2021, 09:40

Azərbaycanda daha bir dərman vasitəsinin istifadəsi qadağan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qərar qəbul edib.

 

Qərara əsasən, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsi geri çağırılıb.

 

Qeyd edək ki, bundan əvvəl “5-NOK®” ticarət adlı nitroxoline - 50 mg tərkibli örtüklü tabletlər və “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər də geri çağırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı