Modern.az

Axtarışda olan 61 nəfər SAXLANILDI

Axtarışda olan 61 nəfər SAXLANILDI

Aktual

15 Dekabr 2021, 10:16

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı