Modern.az

Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır

Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır

Aktual

15 Dekabr 2021, 13:20

189-190 saylı məktəbin direktorunun valideynlərdən pul yığmağı tələb etdiyi səs yazısına münasibət bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyev faktla bağlı araşdırmaların davam etdiyini bildirib.

 

"Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək" - deyə o əlavə edib.

 

Qeyd edək ki, 189-190 tam orta məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin "whatsapp" qrupuna Valideyn Müəllim Assosiasiyalarından pul yığılması ilə bağlı göstəriş verib. Səs yazısında direktor pulu yığa bilməyən müəllimlərin vəsaiti öz hesablarına ödəməli olduqlarını deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı