Brüsseldə üçtərəfli görüş zamanı mən Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevi birbaşa danışmaq üçün tək qoymuşdum.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel Ermənistan və Azərbaycan liderləri ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Avropa Şurasının rəhbəri öz tərəfdən yardım və dəstəyin göstərilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, birbaşa danışmaq da çox vacibdir və faydalıdır.
Ş.Mişel həmçinin iki ölkə liderləri arasında birbaşa əlaqənin yaradılmasının vacibliyini vurğulayıb, Brüsseldəki kimi görüşlərin əhəmiyyətinə əminliyini ifadə edib:
“Düşündüm ki, mən bu istiqamətdə dəstək verməli, kömək etməliyəm, çünki birbaşa danışıqlar naminə bu onlar üçün də vacibdir. Biz mümkün insidentlərin və toqquşmaların qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin təmin edilməsində müsbət rol oynaya bilmişik”.