Modern.az

Seyran Ohanyan prokurorluğa çağırıldı

Seyran Ohanyan prokurorluğa çağırıldı

Aktual

15 Dekabr 2021, 14:55

Ermənistanın sabiq müdafiə naziri, parlamentdə “Hayastan" fraksiyasının üzvü Seyran Ohanyan Baş prokurorluğa çağırılıb.

 

Modern.az-ın “news.am”a istinadən verdiyi xəbərə görə, o, barəsində açılan cinayət işləri ilə bağlı dindirilib.

 

“Haqqımda başlanmış cinayət işi çərçivəsində çağırılıb. Prokurorluqla lazımi hüquqi prosedurlara uyğun əməkdaşlıq edəcəyəm. Amma ibtidai istintaqın gedişatını nəzərə alaraq, təfərrüatlar barədə danışmaq istəmirəm".

 

Xatırladaq ki, dekabrın 8-də Baş Prokurorluğun Seyran Ohanyan və onun həyat yoldaşı Ruzanna Xaçatryanın əmlakına həbs qoyulmuşdu. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?