Modern.az

Azərbaycanın FIFA referisi karyerasını başa vurdu

Azərbaycanın FIFA referisi karyerasını başa vurdu

Aktual

15 Dekabr 2021, 15:19

Azərbaycanın FIFA referilərinin sayı azalıb.

 

Modern.az-ın məlumatına görə, 2022-ci ildə ölkəni təmsil edəcək əsas hakimlərin sayı 3-ə endirilib.

 

Yuliya Qurbanovanın adı növbəti il üçün tərtib olunmuş siyahıdan çıxarılıb.

 

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, Qurbanova karyerasını başa vurub.

 

2022-ci ildə Azərbaycanı beynəlxalq arenada FIFA referisi kimi Əliyar Ağayev, Rauf Cabarov və Elçin Məsiyev təmsil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı