2021-ci ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Ermənistanda 23834 cinayət hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzetində dərc olunan məqalədə qeyd olunub.
Qəzet bildirir ki, ötən ilin eyni dövründə Ermənistanda 22008 cinayət hadisəsi qeydə alınıb. Bir il ərzində cinayətlərin sayı 1826 ədəd artıb.
Kiçik, orta, ağır və xüsusilə ağır cinayətlərin hamısında artım müşahidə olunub.
Məlumata görə, cinayət növləri ilə əlaqədar rüşvət alma halları artıb. Ötən ilin on ayında 162 rüşvətxorluq faktı qeydə alınıbsa, bu il eyni xarakterli cinayətlərin sayı 176-ya çatıb.
Akif İsmayılov