Modern.az

Vətəndaşlardan sənədsiz ov tüfəngləri yığışdırılır - FOTOLAR

Vətəndaşlardan sənədsiz ov tüfəngləri yığışdırılır - FOTOLAR

Aktual

16 Dekabr 2021, 08:10

Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini S.Əhmədlidən müvafiq sənədləri olmayan “İj-54” markalı ov tüfəngi götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

 

***

 

Hacıqabulda qanunsuz ovla məşğul olan göyçay sakinləri saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb. Keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, qardaşlar olan Fərhad və Ağabala Musayevlər saxlanılıb.

 

Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı