Modern.az

Türkiyədə 9 terrorçu MƏHV EDİLDİ

Türkiyədə 9 terrorçu MƏHV EDİLDİ

Aktual

16 Dekabr 2021, 07:56

Türkiyənin şərqindəki Tunceli vilayətində Eren Kış antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 PKK terrorçusu zərərsizləşdirilib, yaraqlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib.

 

Modern.az yerli KİV-lərə istinadla xəbər verir ki, Tunceli vilayətinin Mercan bölgəsində PKK terror təşkilatı yaraqlılarına qarşı əməliyyatda 1060-a qədər xüsusi təyinatlı iştirak edir.

 

Terrorçuların cəmləşə biləcəyi ərazilərdə axtarışlara Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət 72 qrup cəlb olunub. Məhv edilən silahlılardan 5-i Türkiyə DİN xəttiylə axtarışda olan xüsusi təhlükəli terrorçular siyahısında olub.

 

Davam edən antiterror əməliyyatına hücum PUA-ları, hərbi helikopterlər və təyyarələr də cəlb olunub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı