Modern.az

Koronavirus xəstəsi BƏRBƏRXANADA

Koronavirus xəstəsi BƏRBƏRXANADA

Aktual

16 Dekabr 2021, 08:51

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.

 

Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

R.Mirzəyev barəsində Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı