Modern.az

Ağacları kəsən şəxs cəzalandırıldı

Ağacları kəsən şəxs cəzalandırıldı

Aktual

16 Dekabr 2021, 09:55

Qax rayonunun Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”, - deyə Məhəmmədov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı