Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında Qarabağın düşmən işğalından azad edilməsi uğrunda aparılan və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən müharibəsində iştirak edərək Qazi adını almış Goranboylu döyüşçülərlə görüş keçirib.
Modern.az xəbər verir ki, görüş iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir rayonun Heydər Əliyev mərkəzində davam etdirilib.
Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Qazilərin sosial qayğıları ilə maraqlanan İcra Başçısı səsləndirilən məsələlərin operativ həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini verib.
İcra başçısı qaziləri və onların ailə üzvlərini qarşıdan gələn “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin-2022-ci ilin gəlişi münasibəti ilə də təbrik edib.
Tədbirin sonunda xatirə fotosu çəkilib.