Modern.az

Bu il 47 min nəfərə pensiya təyin edilib

Bu il 47 min nəfərə pensiya təyin edilib

Aktual

16 Dekabr 2021, 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada olmaqla proaktiv şəkildə həyata keçirilib. Onlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüd təyinatı olub.

 

O cümlədən, bu ilin 11 ayında 128,3 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən təyin edilib.

 

Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...