Modern.az

İlham Əliyevin adı tarixdə böyük diplomat və sərkərdə kimi qalacaq

İlham Əliyevin adı tarixdə böyük diplomat və sərkərdə kimi qalacaq

Aktual

16 Dekabr 2021, 12:20

Azərbaycan Prezidentinin Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərdə əldə olunan nəticələr, istisnasız olaraq, ölkəmizin, bütövlükdə Cənubi Qafqaz üçün strateji önəm daşıyan diplomatik uğuru kimi qiymətləndirilməlidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında deputat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat NATO-nun Şimali Atlantika Şurasının toplantısının yekin sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyin ifadə olunmasını dünyanın ən böyük hərbi-siyasi gücünün bölgəmizdəki proseslərin inkişafına münasibətdə prinsipial və dəyişməz mövqeyi kimi qiymətləndirib.

 

Azərbaycanın dövlət başçısı və Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşün ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Azər Kərimli, buna səbəb kimi Prezident İlham Əliyevin şəxsi nüfuzunu, eləcə də ölkəmizin beynəlxalq hüququn müstəqil və məsuliyyətli subyekyti kimi ikitərəfli və çoxtərəfli öhdəliklərinə sadiq qalmasını göstərib.

 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrinin Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayan millət vəkilinin qənaətinə görə, əldə olunan razılaşmalar Azərbaycanla Ermənistan arasında dövlət sərhəddinin delimitasiya və demarkasiya prosesinə, kommunikasiyaların açılmasına və iqtisadi fəallığın bərpa olunmasına müsbət təsir göstərəcək: “Prezident İlham Əliyevin Fransanın dövlət başçısının təşəbbüsü ilə Ermənistanın baş naziri ilə baş tutan və 5 saat davam edən qeyri-formal görüşün konstruktiv bir şəraitdə keçdiyini vurğulaması, Azərbaycan-Ermənistan münasibətlərinin bölgədə yaranmış yeni reallıqlara uyğun bir şəkildə inkişaf edəcəyini düşünməyə əsas verir. NATO-nun Şimali Atlantika Şurasının yekun sənədində, Avropa İttifaqı Prezidentinin Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşlə bağlı yaydığı bəyanatda “Dağlıq Qarabağ” və “münaqişə” sözlərindən istifadə olunmaması, dünyanın aparıcı güclərinin Cənubi Qafqazda ölkəmizin qələbəsi nəticəsində yaranmış reallıqları qəbul etdiklərini bir daha təsdiqləyir”.

 

Deputat qeyd edib ki, Brüsseldə keçirilən görüşlərin bütövlükdə bölgənin gələcəyinə müsbət təsir edəcəyinə, qarşılıqlı etimadlı münasibətlərin formalaşması üçün münbit zəmin yaradacağına ümid böyükdür:

 

“Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqı ilə yanaşı bütün bölgə xalqlarının rifahına xidmət edir və dövlətimizin başçısının adı tarixdə təkcə 30 illik işğala son qoyan sərkərdə kimi deyil, həm də Cənubi Qafqaza sülh və əminamanlıq gətirən böyük diplomat və siyasi lider kimi qalacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı