Modern.az

“Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzurda da olmamalıdır” 

“Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzurda da olmamalıdır” 

Aktual

16 Dekabr 2021, 13:25

Hazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

 

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, - Baş nazirin müavini vurğulayıb.

 

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı