Ermənistan dövləti hələ də Türkiyə ilə münasibətlər və Qarabağ münaqişəsinin həlli məsələsində konkret məqsəd və vəzifələr formalaşdırmayıb.
Modern.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib .
“Erməni tərəfinin dəqiq məqsədləri yoxdur, Türkiyə ilə danışıqlardan nə istədiyimiz, qırmızı xətlərin bizim üzərimizə keçdiyi yer bəlli deyil. 30 illik müstəqillik dövründə Ermənistan öz vəzifəsini aydın şəkildə formalaşdıra, Türkiyədən nə istədiyini özü öyrənə bilməyib”.