19 dekabrda İslamabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçılarının Əfqanıstandakı vəziyyətə dair fövqəladə iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.
Səfirin sözlərinə görə, orada Əfqanıstanda olan böhrana nəzər salınacaq:
"Heç kim Əfqanıstandakı sistemi tanımaqdan danışmır, bizim diqqət ayırdığımız məsələ humanitar məsələdir, biz buna diqqət etməliyik. İslamabad da bu iclasa evsahibliyi edəcək. Belə təklif Səudiyyə Ərəbistanından gəlib. Çünki Pakistan Əfqanıstanla sərhəddir. Pakistan indiyədək Əfqanıstana 30 milyon dollar humanitar yardım ayırıb. Bura ərzaq, dərmanlar ilkin ehtiyaclar daxildir. Beynəlxalq yardım olmazsa, Əfqanıstanı böyük iqtisadi böhran gözləyir. Humanitar yardım olmazsa, bu ölkədən kütləvi miqrasiya başlaya bilər və ya çoxsaylı ölümlər ola bilər".