Fransada minlərlə hakim, vəkil və katib iş şəraitinə etiraz etmək üçün küçələrə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə “Le Monde” agentliyi məlumat yayıb.
Dekabrın 15-i ədliyyə orqanlarında çalışan daha çox işə ən qısa zamanda baxılmasının zəruriliyindən şikayətlənirlər.
Ümumi tətili bir anda 17 həmkarlar ittifaqı təşkil edib. Bundan əvvəl, noyabrın sonunda “Le Monde”də təxminən 7500 hakim, hüquqşünas və məhkəmə katibi tərəfindən imzalanmış məhkəmə orqanlarının müraciəti yayımlanıb.
Polisin hesablamalarına görə, təxminən 650 ədliyyə işçisi etiraz etmək üçün küçəyə çıxıb. Bordo küçələrinə bir neçə yüz, Marseldə 400, Lionda 300-ə yaxın insan aksiyada iştirak edib. Strasburq, Rene, Nitsa, Qrenobl və bir çox başqa şəhərlərində də aksiyalar keçirilib.
Akif İsmayılov