Modern.az

"Sabah" "Səbail"i məğlub etdi

Aktual

16 Dekabr 2021, 18:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb.

 

"ASCO Arena"dakı görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili 5-ci pillədə başa vurub. 10 xalı olan "Səbail" isə sonuncudur.

 

Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı