Modern.az

"Qarabağ" "Zirə"ni məğlub etdi

Aktual

16 Dekabr 2021, 21:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.

 

Modern.az xəbər verir ki, XIV turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. 22 xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...