Modern.az

Masallı sakinindən qanunsuz silah götürüldü

Masallı sakinindən qanunsuz silah götürüldü

Aktual

16 Dekabr 2021, 21:57

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Həsənli kənd sakini V.Ağayevdən qanunsuz olaraq saxladığı bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Həmin silah aidiyyəti üzrə təhvil verilib. V.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı