Modern.az

İtaliyada son 160 ilin ən aşağı doğum səviyyəsi

İtaliyada son 160 ilin ən aşağı doğum səviyyəsi

Aktual

16 Dekabr 2021, 23:13

Ötən ilin sonunda İtaliyada doğum səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

 

Modern.az xəbər verir ki, İtaliyanın İSTAT statistika idarəsinin məlumatına görə, ölkədə doğum səviyyəsi son 160 ildə ən aşağı səviyyəyə düşüb. 

 

Tən 404 892 doğuş qeydə alınıb ki, bu da bir il əvvəlkindən 15 192 azdır. Eyni zamanda, ötən il İtaliyada 746 146 nəfər ölüb, bununla da əhalinin sayı 59,3 milyon nəfərə enib.

 

Tədqiqatçılar qeyd edirlər ki, pandemiya İtaliyada ardıcıl 12 ildir azalan neqativ tendensiyası daha da gücləndirib. İtaliyada bir qadına düşən uşaqların sayı orta hesabla 1,17-yə çatıb ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı